Goranboyda evdə iki nəfər dəm qazından zəhərlənərək ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Goranboy rayonu Qarasüleymanlı kəndində baş verib.
Hazırda ölən şəxslərin adları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Dəm qazından boğulub ölənlər Türkiyə vətəndaşlarıdır. Bunlar 1967-ci il təvəllüdlü Cavid Özoğlu və 1971-ci il təvəllüdlü Mustafa Zəngindir.
Məlumata görə, həmin şəxslər Yolçuyev Nüsrət İbrahim oğlunun evinə qonaq gəliblərmiş.