ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirməyə hazırdırlar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə həmsədrlərin birgə bəyanatında bildirilir.
Qeyd edilir ki, həmsədrlər Stokholmda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında birgə görüşün keçirilməməsindən təəssüflənirlər:
“Sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələri davam etdirməyə şərait imkan verən kimi belə bir görüşü qəbul etməyə hazırdırlar”.