Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündən sonra Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, Putin üçtərəfli görüş başa çatdıqdan sonra Təhlükəsizlik Şurasının daimi üzvlərinin toplantısını keçirəcək.