Çərşənbə axşamı, 20 Oktyabr 2026 19:25:26 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00
Dünya

Paşinyan müdafiə nazirini işdən azad etdi

15.11.2021 17:39 · 146 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu dəqiqələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı ilə müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilib. Erməni KİV-ləri xəbər verir ki, prezident Armen Sərkisyan bu barədə fərmanı artıq imzalayıb. Prezidentin mətbuat xidməti həmin vəzifəyə baş nazirin müavini Suren Papikyanın təyin edildiyini bildirir. Arşak Karapetyan bir neçə ay əvvəl bu vəzifəyə təyin edilmişdi.

***

Ermənistanın müdafiə naziri Arşak Karapetyan tezliklə baş nazir Nikol Paşinyanın qərarı ilə işdən azad ediləcək. Bu haqda “Baqramyan26” teleqram-kanalı öz mənbələrinə istinadən bildirir. Bu teleqram-kanal Ermənistan hökuməti daxilindən insayder-informasiyaların yayılması ilə tanınır. Məlumatda iddia edilir ki, müdafiə naziri vəzifəsinə baş nazirin müavini Suren Papikyan təyin ediləcək.

Qeyd edək ki, Suren Papikyan hazırda Paşinyanın ən yaxın adamlarından hesab edilir.

Arşak Karapetyanın vəzifəsindən azad ediləcəyi haqda Paşinyanın ailəsinə məxsus olan “Haykakan Jamanax” qəzeti də yazıb. Qəzet bu vəzifəyə Suren Papikyanın təyin ediləcəyini bildirir, amma kadr dəyişikliyinin səbəbi göstərilmir.

İstisna deyil ki, əgər bu kadr dəyişikliyi həqiqətən baş verəcəksə onun səbəbi Ermənistan ordusunun Azərbaycanla dövlət sərhədinin Laçın istiqamətində üzləşdiyi növbəti rüsvayçılıq olacaq. Xəbər verildiyi kimi, Arşak Karapetyanın əmri ilə erməni silahlı bölmələri həmin istiqamətdə mövqelərini irəli çəkməyə və Azərbaycan ordusunun mövqelərinin təminat yollarını kəsməyə cəhd göstərib. Buna cavab olaraq Azərbaycan ordusu sürətlə əlavə qüvvə və hərbi texnika cəlb edərək erməni əsgərlərini geri çəkilməyə məcbur edib, üstəlik onları əvvəlki postlarından da qovub çıxarıb. Artıq sosial şəbəkələrdə bu barədə videogörüntülər yayılıb.

virtualaz.org

↑