Çərşənbə axşamı, 20 Oktyabr 2026 07:57:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00
Hadisə

Xəstə uşağın adından pul yığan şəxs tutuldu

30.10.2021 12:53 · 116 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

İnstaqram sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən bir uşağın şəkillərini paylaşaraq yardım istəyən və edilən yardımları şəxsi ehtiyacları üçün xərcləyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinə müraciət edən vətəndaşlardan biri şikayət edərək bildirib ki, İnstaqram sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən qızının şəkilləri tanımadığı insanlar tərəfindən paylaşılaraq onların adından şəbəkə istifadəçilərindən pul istənilir.

Bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Gəncə şəhərində yaşayan Rafiq Cəfərov tərəfindən yaradılıb və idarə edilir. Saxlanılaraq idarəyə gətirilən həmin şəxs İnstaqram sosial şəbəkəsində “firuzeye_destek_olaq” adlı səhifə yaratdığını etiraf edib.

Araşdırma zamanı müəyyən edilib ki, R.Cəfərov səhifədə tibbi yardıma ehtiyacı olan şəxsə kömək edilməsi ilə bağlı elan və şəkil yerləşdirərək izləyicilərdən pul toplayıb. Saxlanılan şəxs yardım məqsədi ilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. R.Cəfərovun yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar və digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.

Qeyd olunan faktın hərtərəfli araşdırılması Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində davam etdirilir.

 

Axar.az

↑