Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində yolu keçən Zülfüqar Orucov Gədəbəy rayon sakini İ.Abdullayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillə vurulub.
RUBİN.AZ xəbər verir ki, daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.