Cümə, 16 Oktyabr 2026 13:37:40 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
16 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Din

Cərimələrdən şikayət edən sürücülərə DYP-dən ÇAĞIRIŞ

18.10.2021 13:53 · 168 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bakı Şəhər Dövlət Yol Polisi qaydaları pozub, daha sonra cərimələrdən şikayət edən sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, bu gün paytaxt ərazisində sıxlıqdan və parklanma imkanlarının məhdud olmasından narazılıq edən sürücülər mərkəzi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozmaqla hərəkətin iflic olmasına gətirib çıxarır:

“Məsələn, övladını 28 May küçəsində yerləşən 23 saylı orta məktəbə, Bakıxanov küçəsi 60 saylı məktəbə aparan valideynlər sıxlıqdan narazılığını bildirirlər. Bu cür misalları daha da genişləndirmək olar. Paytaxtda yaşayan hər bir sakin düşünməlidir ki, parklanma üçün yer yoxdursa, onlar üçün park yeri mərkəzi küçə və prospektlərin yolları olmamalıdır.

Bəzi insanlar paytaxtdakı həyat tərzini Şamaxı, Yardımlı, Lerik, Naxçıvan və digər yerlərlə səhv salırlar. Cərimələrdən şikayətlənmək, parkinqlərin olmamasından narazı olmaq bu gün hərəkət sıxlığının qarşısını alacaq addım deyil”.

“DYP şəhərsalmanı, yollardakı infrastruktur problemlərini həll edən qurum deyil. Mövcud infrastrukturda hərəkətin müntəzəmliyini təmin etməyə çalışırıq. Yol polisi bu cür narazılıqların qarşısının alınması üçün bir daha sürücülərə müraciət edir. Dayanma-durma tələblərinə əməl etməyərək məsuliyyətsizlik nümayiş etdirən sürücülərə münasibət inzibati tənbeh tədbirlərinin seçilməsinə səbəb olur”, – deyə A.Əsgərli bildirib.

↑