Nərimanov rayonunda bir neçə obyektdə baş verən yanğın davam edir.
APA- xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığındakı ticarət obyektlərində başlayan yanğın genişlənib.
Ticarət mərkəzinin yaxınlığındakı mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.
Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub.
Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.