Bu gün Gəncə şəhərində bir neçə dəfə partlayış səsləri eşidilib. Şəhər sakinləri redaksiyamıza yazaraq situasiyadan məlumatsız olduqlarına görə narahatlıqlarını bildiriblər.
Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, bu gün Gəncə şəhəri kənarında yerləşən boş sahədə istifadəyə yararsız olan sursatların utilizasiyası prosesi keçirilir:
“Buna görə də həmin tullantılar təhlükəsiz şəkildə partladılaraq məhv edilib. Vətəndaşların nigaran olmasına heç bir səbəb yoxdur”.