Cümə axşamı, 15 Oktyabr 2026 18:32:55 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Elm

Şəhid Rauf Süleymanovun şəxsi əşyaları Tarix Muzeyinə təqdim edilib

04.10.2021 17:08 · 190 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Vətən müharibəsi şəhidi Rauf Süleymanovun şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Rauf Süleymanov 1987-ci ildə Neftçala rayonunda anadan olub. 2007-ci ildə Bərdə rayonunda Daxili Qoşunlarda hərbi xidmət keçib. 2011-ci ildən Bakı şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmətini davam etdirib. 2019-cu ildə Türkiyədə atış üzrə təlim keçib və yüksək dərəcəli sertifikatla təltif olunub. O, 2020-ci ildə baş gizir olub.

Vətən müharibəsində düşmənə qarşı mərdliklə döyüşən Rauf Süleymanov oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

↑