Çərşənbə axşamı, 20 Oktyabr 2026 10:57:08 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00
Gündəm

İranın məxfi raket bazasında partlayış: güclü dağıntılar var

01.10.2021 12:30 · 149 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

İranın İnqilab Keşikçiləri Korpusunun Tehran yaxınlığındakı məxfi raket bazasında bir neçə gün əvvəl baş vermiş sirli partlayışın görüntüləri yayılıb. virtualaz.org “The Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, özəl İsrail kəşfiyyat şirkəti “ImageSat International” məxfi obyektin peykdən partlayışdan əvvəl və sonra çəkilmiş görüntülərini yayıb. Görüntülərə əsasən obyekt sentyabrın 22-də salamat görünsə də sentyabrın 22-də onun bir blokunda ciddi dağıntı görünür.

Söhbət İnqilab Keşikçiləri Korpusunun “Shahid Hemmat Industrial Group” şirkətinin zavodundan gedir. Bu şirkət İranın ballistik raketlər proqramının bir hissəsidir, “Shahab-3” və “Qədr” uzaqmənzilli ballistik raketlərini istehsal edir.

Peyk görüntülərinə əsasən zavodun binasının ən azı dörddə biri tam dağılıb, hərçənd dağıntının miqyası daha böyük ola bilər. Çünki binanın damının bütün konstruksiyası boyu zədələr görünür.

İnqilab Keşikçiləri Korpusu bu həftənin bazar ertəsi Tehran yaxınlığındakı “araşdırma mərkəzlərindən” birində “yanğın baş verdiyini” açıqlayıb və Korpusun iki əməkdaşının aldığı xəsarətlərdən öldüyünü bildirib. Lakin həmin obyektin adını açıqlamayıb.

İranın raket və nüvə proqramlarına aid olan obyektlərdə vaxtaşırı olaraq bu cür şübhəli  partlayışlar və yanğınlar baş verir. Bütün hallarda əsas şübhələr İsrail kəşfiyyatının üzərinə yönəlir.  Belə hadisələrdən ən irimiqyaslı olanı 2011-ci ildə baş vermişdi. Tehran yaxınlığındakı yeraltı raket bazasında baş vermiş partlayış nəticəsində İnqilab Keşikçiləri Korpusunun raket proqramına rəhbərlik edən general Həsən Tehrani Müqəddəm və daha 16 yüksək rütbəli zabit həlak olmuşdu. Həmin partlayışı İsrail kəşfiyyatının törətdiyi bildirilirdi.

Sonuncu hadisəyə gəldikdə isə peyk fotolarına əsasən raket zavodunda baş vermiş dağıntıların xarakteri obyektə raket zərbəsinin endirildiyini də təxmin etməyə əsas verir. Həm də istisna deyil ki, hədəf binanın yerüstü hissəsi deyil, yeraltı hissəsi olub. Bu baxımdan dağıntıların miqyasının daha çox olduğu istisna deyil. Bəzi Rusiya mənbələri obyektdə nüvə başlıqlarının da olduğunu iddia edir.

 

↑