Cümə axşamı, 15 Oktyabr 2026 18:33:20 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Təhsil

Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

24.09.2021 10:39 · 153 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Təhsil müəssisələrində 27 sentyabr – Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək.  

Təhsil Nazirliyinin Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçiriləcək. Təhsil Nazirliyindən RUBİN.AZ-a bildirilib ki, həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır. Məktəblilər arasında “Məktəblilər arasında şahmat turniri”nin, eləcə də idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Planına təhsil müəssisələrində mütəmadi olaraq Vətən müharibəsi, əsgər və zabitlərimizin şücaəti, Anım və Zəfər günləri ilə bağlı mövzuların ümumi təhsilin məzmununa inteqrasiyası və tədrisinin təşkili, təhsilalanların Vətən Müharibəsi Memorial Kompleksinə, Zəfər Muzeyinə ekskursiyalarının təşkili, şəhidlərin anım günlərinin keçirilməsi, onların məzarlarının ziyarət edilməsi, həyat və mübarizə yolunu əks etdirən videobülletenlərin hazırlanması daxildir. Eləcə də, təhsil müəssisələrində Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlər, qazilər, şəhid olmuş əsgər və zabitlərin ailə üzvləri ilə görüşlərin təşkili, şəhidlərin həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişi planlaşdırılır.

Təhsil müəssisələrində işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil ediləcək, həyata keçirilən quruculuq işləri barədə təhsilalanlara məlumatlar veriləcək, videomateriallar nümayiş olunacaq.

↑