Çərşənbə axşamı, 20 Oktyabr 2026 14:29:07 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00
Hadisə

Polis Bərdədə əməliyyat keçirdi, 11 nəfər saxlanıldı – Fotolar

29.08.2020 21:01 · 1. 190 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bərdə şəhərində ictimai-asayişi kobud sürətdə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olmaqla ciddi qanun-pozuntularına yol verən şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

DİN-dən “Rubin.az” a məlumata görə, belə ki, əldə edilən əməliyyat məlumatlarında bir qrup cinayət törətməyə meyilli şəxsin Bərdə şəhərində narkotik vasitələrin satışı, yaşadıqları mənzillərdə qanunsuz olaraq odlu və soyuq silah-sursat saxlamaları, eləcə də silsilə xuliqanlıq hərəkətlərin törətmələri öz əksini tapıb. Həmin məlumatlar təhlil edilərək öyrənilib və qeyd edilən faktlar hərtərəfli araşdırılıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Narkotiklərlə Mübarizə İdarələri, eləcə də Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avqustun 27-də birgə keçirilən əməliyyatlar zamanı yuxarıda sadalanan qanun pozuntularını törətməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayətlər törətdiklərinə görə dəfələrlə məhkum olunmuş 11 nəfər Bərdə rayon sakini – Dilqəm Səfərov, İmadi Əbdüləzimov, Xəlil Heydərov, Ayxan Abbasov, Rizvan Məmmədov, İmdad Abdullayev, Zaur Hacıyev, Musa Şərifxanov, Xəqani Məmmədov, Ehtiram İsayev və Sevdiyar Əzizov saxlanılıblar. Onların üstlərinə və yaşadıqları evlərə baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr, 1 ədəd “Naqan” tipli tapança, çoxlu sayda soyuq silah kimi istifadə olunan kəsici-deşici alətlər, elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Göstərilən şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılmaqla onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər tərəfindən törədilmiş digər cinayət faktlarının müəyyən edilməsi məqsədi ilə müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.


↑