Çərşənbə axşamı, 20 Oktyabr 2026 16:02:19 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00
Gündəm

Bakının məşhur otelində karantin belə pozuldu – Fotolar+Video

05.07.2020 18:30 · 839 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə Bakı başda olmaqla 16 şəhər və rayonda xüsusi karantin rejiminin müddəti uzadılsa da, müəyyən qadağalar tətbiq edilsə də, paytaxtın mərkəzində buna əməl etməyənlər də var.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, iyulun 2-dən Nazirlər Kabineti Yanında Operativ Qərargah 16 şəhər və rayonda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılmasına dair qərarı rəsmən açıqlasa da, “Fairmont Baku” hoteli müştərilərinə çağırış edərək, “Həftəsonunu bizimlə birgə keçirin” müraciətini edib.

Virusun qarşısını alınması məqsədilə hotellərdə hovuz və restoranların fəaliyyəti qanunla qadağan olunsa da, “Fairmont Baku” buna əməl etməyib. Maraqlıdır ki, istirahət üçün hovuza üz tutanlar arasında tanınmış simalar da var.

Belə ki, aparıcı Mələk Heydərova da həmin məkana üz tutan şəxslər arasında olub. O, “Fairmont Baku”nun hovuzu kənarında çəkilmiş fotolarını şəxsi instaqram hesabında paylaşıb. Onun bu addımı heç də birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən açıq-aşkar aydın olur ki, istirahət üçün hotelə üz tutan şəxslər sosial məsafəyə əməl etməməklə öz həyatlarını riskə atmaqla yanaşı, virusun yayılması üçün böyük təhlükəyə səbəb olublar.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda koronavirusa yoluxanların gündəlik sayı 500-dən aşağı düşmür. Bunun nəticəsində əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say 5-ə endiriib. Bundan başqa son günlərdə xüsusi karantin rejiminin pozulmasına nəzarət gücləndirilib. Bunun nəticəsində kifayət qədər xüsusi karantin rejimini pozan şəxslər aşkar edilərək müvafiq qaydada məsuliyyətə cəlb olunublar.

***

“Fairmont Baku”un karantin rejimini pozması ilə bağlı xəbər yayıldıqdan sonra, hotel paytaxt sakinlərinə həftəsonu istirahəti ilə bağlı etdiyi çağırışı şəxsi instaqram hesabından silib.

 

 

↑