Bərdə rayonunda polis əməkdaşı və bir qadın bıçaqlanıb.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qaradəmirçi kəndində baş verib.
Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, 1985-ci il təvəllüdlü Məmmədov Eşqin Rəhbər oğlu bıçaqlanıb. Onunla birgə bir qadın da bıçaq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Polis əməkdaşının bıçaqlanmasının təfərrüatları məlum olub. Rayon sakini Elçin Cəfərov bacısı Vüsalə Cəfərovanı münaqişə zəminində bıçaqlayıb. Bu zaman polis əməkdaşları müdaxilə edib və E.Cəfərov polis Eşqin Məmmədovu da bıçaqlayıb.
***
Münaqişə zamanı Vüsalə Cəfərovanın azyaşlı qızı da xəsarət alıb. Elçin Cəfərov bacısını vurmaq istəyərkən azyaşlı Fatimənin qulağına bıçaq zərbəsi dəyib və onun qulağı kəsilib.
Qeyd edək ki, V. Cəfərovanın 3 il əvvəl boşandığı bildirilir.