Prezident İlham Əliyev xanımı ilə açılışa qatıldı – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da açılışa qatılıb. 

“Rubin.az”  xəbər verir ki, dövlət başçısı və xanımı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər.