DTX Dövlət Sərhəd Xidmətində əməliyyat keçirir – Yenilənib

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

“Rubin.az” DTX-nın saytına istinadən xəbər verir ki, hazırda araşdırmalar davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.

***

“BakuPost”un məlumatına görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb. Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.