Buraxılış imtahanları iyunda olacaq

“İyun ayının əvvəlində respublika fənn olimpiadalarının final mərhələsi təşkil olunacaq.

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

DİM rəhbəri Məleykə Abbaszadə bildirib ki, karantində olan 3 ay ərzində 15 imtahan təxirə salınıb: “İyun ayında 9-cu sinif üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək. Martın 1-də Bakı, Şirvan və Naxçıvanda imtahan keçirilmişdi. Digər bölgələr üzrə şagirdlər yalnız ikinci mərhələdə iştirak edəcək. Bu mərhələ üzrə maksimum bal hər fənn üzrə 70 deyil, 100 bal hesablanacaq. Bir auditoriyada 12-15 şagird olacaq”.

DİM rəhbəri Məleykə Abbaszadə deyib ki, 11-ci sinif şagirdlərinin buraxılış imtahanları da iyun ayında keçiriləcək: “Mart-iyun ayında nəzərdə tutulan mövzular imtahana salınmayacaq” .(Qafqazinfo)