Göyçay rayon İcra Hakimiyyətinin başçısı rayonda vətəndaşlarla maarifləndirici söhbətlər aparıb

 

Rubin.az xəbər verir ki, koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı maarifləndirici silsilə tədbirlər çərçivəsində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qərargah üzvləri ilə birlikdə əhali arasında maarifləndirmə tədbirləri həyata keçirmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Qərargah üzvləri şəhərin mərkəzi küçələrində olmuş, sahibkarlar, satıcı və alıcılarla maarifləndirici söhbətlər aparılmışdır.
M.Səlimzadə sanitar-dezinfeksiya işlərinin aparılmasını, qoruyucu maska və əlcəklərdən istifadə etməyi, övbə gözləyərkən ara məsafəsi saxlamağın zəruriliyini, müştərilərə yerində xidmət evə götürmə, çatdırma və onlayn satışlara üstünlük verilməsini, evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi bildirmişdir.
Zərurət olmadan şəhərdə olan 12 nəfər şəxs aparılmış söhbət nəticəsində evə gedərək küçələri tərk etmişdir.

 

Davud Tarverdiyev