Bərdədə uşaq poliklinikasının həyətində dəhşətli qətl hadisəsi törədilib.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, 23 yaşlı Zamanova Zülfiyyə Həbib qızı qardaşının gözü önündə 32 yaşlı həyat yoldaşı Zamanov İsmət Bəhmən tərəfindən qətlə yetirilib. Həyat yoldaşı qadına 4 bıçaq zərbəsi vurub.
Qətlin ailə münaqişəsi – qısqanclıq zəmnində törədildiyi bildirilir.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.