Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bugün saat 12-radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-21011” markalı maşın qarşı tərəfdən gələn “Opel Astra” avtomobili ilə toqquşub. Zərbənin təsirindən hər iki minik maşınına ziyan dəyib.