Prezident İlham Əliyevin göstərişi ilə İƏT-ə 100 min yardım edildi

Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən İslam Əməkdaşlıq Təşkilatına 100 min ABŞ dolları həcmində yardım edilib.

“Rubin” xəbər verir ki,XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, yardım Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İƏT-in üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, təşkilatın Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə edilib.

Qeyd edək ki, İƏT-in sözügedən idarəsinin Regional ofisə çevrilməsi ilə əlaqədar qərar 1-2 mart 2019-cu il tarixlərində Əbu-Dabidə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası və ötən ilin 31 may tarixində Məkkədə keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü Sammitində qəbul olunub.