Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov sabiq deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin oğlunu işdən çıxarıb.
“Rubin.az” Unikal.org-a istinadən xəbər verir ki, K.Heydərovun müvafiq əmri ilə Mətin Fərəc oğlu Quliyev FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik xidmətinin rəis müavini vəzifəsindən azad edilib.