YAP Bərdə rayon təşkilatı Parlament seçkilərilə əlaqədar olaraq təbliğat kampaniyasını uğurla davam etdirir.
Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Yıldırım Fatma Vidadi qızının qadın seçicilərlə görüşü keçirilmişdir.
“Rubin.az” xəbər verir ki,görüşdə YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat vermiş, qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən danışmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün sahələrdə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd etmişdir. Azərbaycan qadınlarının tarixən tutduğu yoldan, Azərbaycanın şərəfli tarixində oynadıqları misilsiz xidmətlərdən və bugün respublikanın ictimai siyasi həyatındakı fəaliyyətlərində və Ulu Öndər Heydər Əliyevin əsasını qoymuş olduğu dövlət qadın siyasətindən və möhtərəm Prezident cənab İlham Əliyevin, eləcədə Birinci vitse Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dövlətin ailə, qadın və uşaq siyasətinin ilbəil daha da təkmilləşməsindən danışmışdır.
93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Yıldırım Fatma Vidadi qızı çıxış edərək respublikamızda dövlət qadın siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, bunun nəticəsi olaraq, fevralın 9-da keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə layiqli qadın namizədlərin sayının kifayət qədər çox olduğunu bildirmişdir. Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak etdiyini söyləyən Yıldırım Fatma Vidadi qızı bildirmişdir ki, qadınlar intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verirlər. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir. Qadınlar ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərirlər. Bugün Birinci vitse Prezident Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq nümunədir.Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir və onun geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Yıldırım Fatma Vidadi qızı Yeni Azərbaycan Partiyası tərəfindən ona böyük etimad göstərildiyini və bərdəli seçicilərlə birlikdə bu etimadı doğrultmağa çalışacağını qeyd etmişdir.
Görüşdə Zeynəb Əliyeva, Xosrov Musayev, Məleykə Qasımova, Xuraman Qurbanova, Arifət Əhmədova, Mehparə Mustafayeva, Gülnarə Əliyeva, Nəsibə Kərimova çıxış edərək Parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi Yıldırım Fatma Vidadi qızına səs verəcəklərini bildirmişlər.