Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədi Yıldırım Fatma seçicilərilə təbliğat görüşlərini davam etdirir.
“Rubin.az” xəbər verir ki,bugün Parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Yıldırım Fatma Vidadi qızının günün ilk yarısında Mirzəxan, Cumalar, Hacıbəyli, Kafarlı, Köbər, Həsənli kənd seçiciləri ilə, günün ikinci yarısında Bərdə şəhər seçiciləri ilə görüşü olmuşdur.
Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə Şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Yıldırım Fatma Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat vermişdir. O qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Fatma xanım ölkəmizdə aparılan islahatlardan danışmış, hakimiyyət orqanlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarından söz açaraq ASAN Xidmət, ABAD, DOST layihələrinin aparılan islahatların tərkib hissəsi olduğunu bildirmişdir. O qeyd etmişdir ki, çox sevindirici haldır Bərdə rayonunda da “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bu günə kimi “ASAN xidmət”-ə edilən müraciətlərin sayı 35 milyondan çox olmuşdur ki, bu müraciətlərin də 8.5 milyon müraciət 2019-cu ildə qeydə alınmışdır. Fatma Yıldırım seçicilərə DOST mərkəzləri barədə məlumat verərək qeyd etmişdir ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2 DOST mərkəzi fəaliyyət göstərir və yaxın zamanlarda Bərdə rayonunda da DOST mərkəzi fəaliyyətə başlayacaq Mərkəzlərin fəaliyyətinin başlıca məqsədi əhaliyə göstərilən sosial xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşikli, vətəndaşlara daha şəffaf, operativ xidmətin təmin edilməsidir. Hazırkı dövrə qədər 65 min vətəndaş mərkəzlərin xidmətindən istifadə edib. Yıldırım Fatma üzərinə düşəcək vəzifələri layiqincə yerinə yetirəcəyini bildirmiş və seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəal olmağa çağırmışdır.
Görüşlərdə Qənbər Ağayev, Könül Rzayeva, Zümrüd Əliyeva, Bəhruz Məmişov çıxış edərək 09 fevral Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Yıldırım Fatma Vidadi qızına səs verəcəklərini ifadə etdilər.
Sonda Yıldırım Fatma Vidadi qızı seçicilərlə söhbətlərini dialoq şəklində davam etdirmişdir.