Süleymaninin dəfnində izdiham – 35 ölü, 190 yaralı+ Yenilənib

Bu gün İranın cənub-şərqində yerləşən Kirman şəhərində general Qasım Süleymaninin dəfn mərasimində izdiham yaşanıb.

İzdiham nəticəsində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

Xatırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Qüds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.

***

“İnterfaks” xəbər verir ki, xəsarət alanların sayı 190 nəfərə çatıb.

***

Qasım Süleymani ilə vida mərasimində ölənlərin sayı artaraq 50 nəfər olub. Onların əksəriyyəti kişilərdir. Yaralıların sayı isə 200 nəfəri ötüb.(Qafqazinfo)