Yevlaxda X-XI sinif şagirdləri arasında yazı inşa müsabiqəsi keçirilib

07 Dekabr 2019-cu il tarixdə Yevlax Şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə Lider Qadınlar İctimai Birliyinin təşəbbsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, BMT-nin əməkdaşlığı və dəstəyi ilə “Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi üzrə Yevlax rayonunun ümumtəhsil müəsisələrində X-XI sinif şagirdləri arasında müəyyən olunmuş mövzularda inşa yazı müsabiqəsi keçirilmişdir.

“Rubin.az” İnşa yazı müsabiqəsində Yevlax rayunu üzrə 40 tam orta məktəbdən ümumilikdə 50 nəfər X-XI sinif şagirdləri iştirak edirdi. Müsabiqəni Yevlax Şəhər Təhsil şöbəsi Metodkabinetinin drektoru Əli Quliyev açaraq iştirakçıları müsabiqənin şərtləri və mövzuların mahiyyəti haqqında geniş məlumatlandırdı.
Sonra Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri Xaledin Nifteliyev çıxış edərək bildirdi ki, bu cür müsabiqələrin keçrilməsi gənclərin milli təfəkkürünün inkişafında dünya görüşünün və məntiqinin formalaşmasında xüsüsi əhəmiyyət kəsb edir. Müsabiqə iştirakçılarına təqdim olunan mövzular olduqca aktualdır. Hər bir müsabiqə iştirakçısına səlist, təmkinli və açıq zehinli olmağı tövsiyyə edir, sizlərə uğurlar arzulayıram.
Yevlax Şəhər Təhsil Şöbəsinin metodisti Sabir Alıyev hazırlanmış inşa mövzularını şagirdlərə təqdim etdi. Bildirdi ki müsabiqənin nəticəsnə görə üç ən yaxşı inşa seçilərək müsabiqənin respublika mərhələsində iştirak edəcəkdir.