Milli Məclisin buraxılmasına razılıq verildi

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prezidentinin göndərdiyi sorğuya baxılıb.

“Rubin.az” xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul edilib.

Konstitusiya məhkəməsinin Plenumunun qərarına əsasən, yeni parlament formalaşana qədər hazırki parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir.