İsmayıllı sakini Prezidentə təşəkkür edir – FOTO

 

İkinci qrup Qarabağ müharibəsi əliliyəm. Mənzil şəraitim heç də ürəkaçan deyildi. Vəziyyətlə bağlı əlaqədar təşkilatlara müraciətimdən sonra ailəm üçün 86 kvadratmetr yaşayış sahəsi olan, müasir tələblərə tam cavab verən 3 otaqlı mənzil inşa olundu.
Noyabr ayının 30-da mənzilin açarları və sənədləri ailəmizə təqdim olundu. Dövlətimizin öz vətəndaşlarına bu qədər diqqətlə yanaşmasından, bu sevinci yaşadığımdan qürur duyuram.
Ailəmiz üçün olduqca sevindirici olan bu ərəfədə ölkə rəhbəri cənab Prezidentimizə və evimizin tikilməsində zəhməti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm.
Rafiq Həsənov,
İsmayıllı şəhər sakini

Rubin.az