Bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası uğurla davam etdirilir

YAP Bərdə rayon təşkilatı tərəfindən 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası uğurla davam etdirilir.
“Rubin.az” xəbər verir ki,bu gün Hacallı və Bəcirəvan kəndlərində təbliğat yığıncağı keçirilmişdir. Yığıncaqda YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü Fuad Ağayev çıxış edərək bildirdi ki, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi Bələdiyyə seçkilərinə də yüksək fəallıqla başlayıb. O, qeyd etdi ki, Yeni Azərbaycan Partiyası bütün respublika ərazisində 1606 bələdiyyə üzrə 15500 nəfər YAP üzvünün namizədliyini irəli sürmüşdür. Yığıncaqda YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Püstə Mehdiyeva, Elşən Məmmədov, Vidadi Əliyev, Hacallı bələdiyyəsi üzrə namizədlərdən Akif Əhmədov, Yavər Hacıyev, Faiq Abdulrəhimov, Kamilə Əhmədova, Mahirə Əliyeva, Xəqani İmanov, Bəcirəvan bələdiyyəsi üzrə namizədlərdən Rəfayil Bəylərov, Nargilə Əliyeva, Toğrul Məmmədov, Əli Bəylərov çıxış etmişlər. Onlar seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırmışlar.