Noyabrın 22-də Milli Məclisin üzvü deputat Sevinc Fətəliyeva “Ümumdünya Uşaqlar Günü münasibətilə” Bakı şəhər 76nömrəli tam orta məktəb şagirdləri ilə görüş keçirdi.
“Rubin.az” xəbər verir ki,görüş zamanı deputat Sevinc Fətəliyeva Konvensiya ilə təsbit olunan uşaqların inkişaf, müdafiə, iştirakçılıq və yaşamaq hüquqları haqqında söhbət açaraq şagirdlərin bu haqda suallarını cavablandırdı. Görüşdə 118, 196, 280 və 281 nömrəli tam orta məktəblərin şagirdləri də iştirak edirdi.