“Azərsu” ASC-Nin Sədr Müavini Zərdab Və Bərdə Sakinlərini Qəbul Edib(FOTOLAR)

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin Noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.

Fakttv.com xəbər verir ki,noyabrın 19-da “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Zərdab və Bərdə rayonlarından olan vətəndaşlarla görüşüb.

Qəbullardan əvvəl “Azərsu” ASC-nin sədr müavini Teyyub Cabbarov və Zərdab rayon icra hakimiyyəti başçısı Mərdan Camalov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qəbullarda Zərdab və Bərdə rayonlarından 31 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Fakttv.com Coşqun Abdullayev

Görüntünün olası içeriği: 4 kişi, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve iç mekan

Görüntünün olası içeriği: 6 kişi, oturan insanlar, masa ve iç mekan

Görüntünün olası içeriği: 5 kişi, gülümseyen insanlar, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 1 kişi, oturuyor, oturma odası, masa ve iç mekan

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve iç mekan

Görüntünün olası içeriği: 2 kişi, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 3 kişi, oturan insanlar, masa ve iç mekan

Görüntünün olası içeriği: 3 kişi, oturan insanlar, masa ve iç mekan

Görüntünün olası içeriği: 3 kişi, iç mekan

Görüntünün olası içeriği: 7 kişi, oturan insanlar, masa ve iç mekan

Görüntünün olası içeriği: 5 kişi, oturan insanlar, masa ve iç mekan

Görüntünün olası içeriği: 5 kişi, oturan insanlar, masa ve iç mekan

Görüntünün olası içeriği: 2 kişi, oturan insanlar, masa ve iç mekan

Görüntünün olası içeriği: 4 kişi, Samir Hesenzade dahil, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 3 kişi, oturan insanlar ve iç mekan