Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Yevlax şəhərinə yeni bir nəfəs vətirəcək.
Bilirik ki, Yevlax aran rayonudur. Burada həddindən artıq qurunt suları yığılır və maillik olmadığına görə təbi axım yoxdur. Köhnəlib sıradan çıxmış kanalizasiya sistemi güclü yağışlar zamanı şəhər əhalisini dəfələrlə təhlükə qarşısında qoyurdu. Vətəndaşların evlərinə sel sularından zərər dəyirdi. Bunla yanaşı Yevlax şəhəri hər 4 tərəfdən çay və iri tutumlu strateji su kanalları ilə təmin olunsa da belə əhali içməli su cəhətdən çox böyük çətinliklərə üzləşirdi. Uzun zamandır zərurət doğuran bu layihənin gerçəkləşməsi üçün Möhtərəm Cənab Prezidentimizin imzaladığı bu tarixi sərəncam: Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən quruluması layihəsinin icrası ilə əlaqədar 5 milyon manat vəsaitin ayrılması hər bir Yevlax sakinini ürəkdən sevindirir. Olduqca böyük vəsait aparan bu layihənin icrası nəticəsində biz bilirik ki, şəhərimizin təkcə su təsərrüfatı deyil eyni zamanda işin gedişindən aslı olaraq yol və kominikasiya infrastrukturu da yenilənəcək. Bu isə öz növbəsində Qarabağın qapısı olan Yevlaxa yeni bir gözəllik, yeni bir görkəm verecək. Yevlax cənab Prezidentimizə məhəbbətin mərkəz şəhəridir. Mən bir yevlaxlı ziyalı gənc olaraq Cənab Prezidentimizə öz adımdan, ailəm adından, yevlaxlı gənclər adından dərin minnətdarlığımı bildirəm. Tanrı sizi qorusun, Cənab Prezident!
Əli Quliyev
YAP Yevlax rayon təşkilatının sədr müavini.