Bakıda keçiriləcək Alpaqut döyüş sənəti üzrə II Dünya şempionatına 10 gün qaldı

Dünya çempionatına 20 dən artıq ölkənin komandası qatılacaq.

Azərbaycan Alpaqut Federasiyası İctimaiyyətlə Ələaqələr Departamentinin “Rubin.az”-a verdiyi məlumata görə  Alpaqut Turan döyüş sənəti üzrə Dünya çempionatı 22-23-24 noyabr 2019-cu il tarixində Sərhədçi İdman Kompleksində keçiriləcək. Yarış Alpaqut döyüş sənətinə daxil olan beş – Aypara, Batur, Caymaz, Qurşaq və Kaçut sestemləri üzrə baş tutacaq.

Yarışın açılış mərasimi 22 noyabr saat 16:00 da başıayacaq.