Bərdə rayon S.Behbudov adına 6 nömrəli tam orta məktəbdə Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir keçirilib

Bərdə rayon S.Behbudov adına 6 nömrəli tam orta məktəbdə Beynəlxalq Müəllimlər günü münasibəti ilə rayon  bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin tərbiyə işlər üzrə direktor müavini Elşən Məmmədov  Beynəlxalq Müəllimlər gününüz qeyd olunmasının tarixindən danışaraq tədbiri açıq elan edib.

Tədbirdə çıxış edən məktəbin direktoru Elşad Məmmədov  təhsil sahəsində aparılan islahatlardan, Ulu öndər Heydər Əliyevin müəllim əməyi bardə fikirlərdən, Azərbaycan prezidenti cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan və son zamanlar ölkəmizdə müəllim olmaq istəyənlərin sayında artımdan söz açıb.

Sonra Məktəb şagirdləri müəllim əməyinin bütün dövrlərdə ən şərəfli peşə olmasından, bu adı daşıyanlara həmişə böyük hörmət və ehtirama layiq olmasından danışdılar və müəllim barədə şerlər ifa etdilər.

Sonda Beynəlxalq Müəllimlər Günü münasibətilə pedaqoji fəaliyyətində fərqlənən bir qrup müəllim  fəxri-fərmanla təltif olunub.