Bizi şagirdlərdən sorusun…

Elə bir zaman gəlsin isteyirem ki ” Bu müəllim necədir sualının cavabını şagirddən soruşsunlar!”

Şəhadət barmaginla birini ittiham etdiyin zaman üç barmağının sənə tərəf yönəldiyini unutma!

Mən şagirddə xəyal qurdurmaği sevirəm ! Xəyal quran insan düşünür deməkdir,düşünən insan;n beyni çalışır deməkdir.Beyni çalışan sual verməyə başlar.Sual oldumu o şəxs bir sütundur.
Bir kursun təşkilində maraqlı cümlə dinlədim.”Uçmaq istədiyində səni geri çəkən hər nə varsa ardında burax!”
Şərait gözəl olunanda müəllim üçün dərs keçməkdə,şagird üçün öyrənməkdə daha əlverişlidir.Amma bunlar mənim üçün kiçik detaldir.Mənim ilkin,mənim öncəliyim peşəmin mənim qəlbimdə bar verdiyi nemət şagirdlərimin məni sevməsidir.Valideyinin məni sevməsidir..Çalışıram onlar şəraitdən asılı olmayaraq məni hər problemdə sevsinlər .Özləri kimi qəbul etsin.Biz doğrudanda bütün dünyada sülh istəyiriksə uşaqlardan başlamalıyıq .Onların üzündəki hər sevinc bizim üçün zəfərdir.Və bilirik ki kim başqalarına xoşbəxtlik gətirirsə, o, özü xoşbəxtdir.
Sonda demək istərdim ki,sözdə göz yaşı yoxdursa ,ruhda göy qurşağı yarana bilməz.

Əliyeva Esmira 

İbtidai sinif