Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, , hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.