Deputatdan borc qalmaqalı ilə bağlı – Açıqlama

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilməsi barədə yayılmış xəbərə münasibət bildirib.

“Rubin.az”  xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı deputat Rafael Cəbrayılovla əlaqə saxlamağa çalışıb. O sayta açıqlamasında bu barədə danışmayacağını bildirib:

“Bu, tamam başqa məsələdir. O adamla dostam. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək. Başqa heç nə danışmaq istəmirəm. Susuram”.

***

Deputat Rafael Cəbrayılov Oxu.az-a açıqlamasında deyib ki, son dövrlərdə ona qarşı ləkələmə kampaniyası gedir:

“Təəssüf edirəm ki, bu məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Jurnalist araşdırması aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir”.

Onun sözlərinə görə, son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşları, habelə özü ilə bağlı reallığa uyğun olmayan informasiyalar müxtəlif saytlarda yayılır. R.Cəbrayılov buna görə, təəssüfləndiyini bildirib.