YAP-ın Ağdam və Bərdə rayonlarından olan fəalları ilə görüş keçirilib

Sentyabrın 18-də Bərdə rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının Bərdə və Ağdam rayonlarından olan fəalları ilə görüş keçirilmişdir.

“Rubin.az” xəbər verir ki,görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Həsənov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Ağdam və Bərdə Rayon İcra Hakimiyyətlərinin Başçıları Vaqif Həsənov, Vidadi İsayev və KİV nümayəndələri iştirak etmişlər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub.
Tədbiri YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya giriş sözü ilə açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu ideyalarının mükəmməl daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının müasir müstəqil Azərbaycan tarixində bugünkü yeri və rolundan danışmışdır.
Tədbirdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov çıxış etmişdir. Bildirmişdir ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib. Daha sonra rayon təşkilatlarının və partiya fəallarının qarşısında duran vəzifələrdən bəhs etmişdir.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, partiya fəalı Rzaqulu Şərifov çıxış edərək bildirmişlər ki, YAP-ın hər üzvü kimi onun sıralarında olmaqdan fəxr edir və hər zaman olduğu kimi bundan sonra da Partiyanın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının ətrafında daha sıx birləşəcəklər.
Sonda YAP sıralarına yeni daxil olmuş gənclərin bir qrupuna partiyaya üzvlük vəsiqələri təqdim olunmuşdur.