Mingəçevir polisi həmyerlisini bıçaqlayan şəhər sakinini həbs edib

Mingəçevirdə 32 yaşlı şəhərsakinini bıçaqlayan şəxs saxlanılıb.

Hadisə dünən axşamXan Şuşinski küçəsində yerləşən kafedə baş verib.

1987-ci il təvəllüdlü şəhər sakiniMəhəmməd Abdullayev kafedə içkili vəziyyətdə olan digər şəxs tərəfindən bıçaqlanıb. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlüşəhər sakini Məmməd Səfər oğlu Bəkirov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs ilkin ifadəsində törətdiyi əməli etiraf edib.

Faktla bağlı arşdırma aparılır.(Lent.az)