26 iyul 2019-cu il tarixdə “Bərdə” rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilmişdir.
“Rubin.Az” xəbər verir ki, tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli açaraq, iştirakçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 25-cİ ildönümü münasibətilə təbrik etdi.O,bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.Gənclər və İdman Nazirliyinin gənclərin həyatındakı böyük rolundan, cəmiyyətin inkişafına verdiyi töhfədən danışdı və qeyd etdi ki, Gənclər və İdman Nazirliyinin yaradılması Azərbaycan gənclər siyasətinin əsasını təşkil edir və bu gəncliyinin tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxiş edərək qeyd etdi ki, ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi.Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin böyük önəm verdiyi sahədir. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı Dövlət Proqramlarının ,digər bir Fərmanı Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək məqsədi daşıyır.Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşamaqdadır. Cənab İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Məhz bu diqqət gənclərimizin fəallığını günü-gündən daha da artıraraq onların yeni nailiyyətlər əldə etməsinə şərait yaradır. Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecin müəllimi,aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Sərdar Məmmədov,FHN “N” saylı hərbi hissəsinin komandir müavini,mayor Sərraf Bəhramov,YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədov, Bərdə regional “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi,könüllülər üzrə məsul şəxs Şamxal Yaqubov çıxış edərək gəncləri Gənclər və İdman Nazirliyinin yaradılması münasibətilə təbrik edərək bildirdilər ki, hazırda Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şəraitin yaradıldığını qeyd edərək müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlərin görüldüyünü, fəaliyyətlərinin təşkili üçün sağlam mühitin yaradıldığını, gəncliyə və idman göstərilən dövlət qayğısının uzağgörən bir siyasət kimi sağlam və intellektual nəslin formalaşmasına xidmət etdiyini, bütün bunların isə Azərbaycan gəncliyinin gələcəyə daha böyük inamla baxmağa əsas verdiyini, həmçinin ölkə rəhbərinin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyinin xoşbəxt və firavan gələcəyə doğru qürurla addımladığını ifadə ediblər. Könüllülər tərəfindən hazırlanmış musiqi proqramı tədbir iştirakçılarına təqdim olundu. Sonda rayonun bir qrup fəal gənci Gənclər və İdman idarəsinin Fəxri Fərmanları ilə təltif olundular.