Kimliyi bəlli olmayan kişi xəstəxanada öldü, polis yaxınlarını axtarır – FOTO

İyunun 30-da Səbail rayonu ərazisindən yıxılaraq, kəllə-beyin travması almış 55-60 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, huşsuz vəziyyətdə olduğundan həmin şəxsin dindirilməsi mümkün olmayıb. İyulun 11-də isə o, vəfat edib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 39-cu Polis Bölməsinə (012) 498-02-02; (012) 437-02-02 şəhər və (050) 636-60-60; (055) 285-40-04 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.