Teymur Alıyev -” Gənclər Siyasəti ” İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”

Müasir dünyanın vazkeçilməzlərindən biri internetdir. İnternetin vazkeçilməzi isə sosial şəbəkələrdir.. Bəzən gündəlik həyatlarında Azərbaycan xalqı üçün heç bir şey etməyən biriləri , üfunət iyi verən yalanları ilə virtual aləmdə şirə , pələngə dönür. Bıçaq aşpazın əlində dadlı yeməklərə vəsilə olan alət , qatilin əlində işlənmiş cinayətin fakt – sübutudur. Sosial şəbəkələr də belədir . Ağlı , savadı , intelekti ,dünyagörüşü , təfəkkürü yerində olanlar üçün maariflənmə, məlutlanma,operativ xəbər əldə etmə , düzgün yönləndirmədir. Cahillər üçün isə sadəcə vaxt itkisidir ,təxribatçılıq , öz mənafeyi naminə başqalarını qaralama , söz demək xətrinə boş –boş danışa biləcəyi meydandır. Müasir Azərbaycan gəncliyi klaviatura arxasından şirə – pələngə dönən , real həyatda fikir dinlədə bilməyəcəkləri meydan olmadığından , özü düşüncədə bir -neçə bəsit insanın bayağı söyüşdən ibarət rəylərinə arxalanan 4-5 nəfərdən ibarət deyil. Müasir Axərbaycan gəncliyi ümummilli lider , əvəzolunmaz dahi şəxsiyyət Heydər Əliyevin həm ailə , həm iş məktəbini keçmiş İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşən onun gəncliyimiz , vətənimiz və xalqımızın rifahı uğrunda gördüyü işləri qiymətləndirənlərdir. Çünki biz görürük .Görürük ki , əsası Heydər Əliyev tərəfindən qoyulmuş ” Gənclər Siyasəti ” İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezidentimizin ətrafında müstəqil Azərbaycanın inkişafinda günü -gündən potensial gücü , artan , Azərbaycanın iqtisadi inkişafında , təhsil siyasətənin həyata keçirilməsində , inkişaf cəhətdən dünyanın aparıcı ölkələri ilə ayaqlaşmasında öz töhvəsini verən gənclik dayanıb. O gənclik ki İlham Əliyevin“ Axərbaycanı qüdrətliölkəyə çevirək” şüarını bir amala çevirib.