Xəbər verdiyimiz kimi, dünən Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində 2 qardaş batıb.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, batan şəxslərdən birinin, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Salyan rayonunun Aşağı Noxudlu kəndində Kür çayında batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun axtarışları başa çatıb.
“Rubin.az”-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, R. Sadıqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.