Fərizənin anası vəfat etdi…

20 Yanvar 1990-cı il faciəsi ərəfəsində vəfat etmiş Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva rəhmətə gedib.

“Rubin.az” xəbər verir ki, bu barədə məlumatı millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə paylaşıb. Ona bu xəbəri mərhumun qohumları bildirib.

Məlumat üçün bildirək ki, İlham Allahverdiyevin anası Ofeliya İbrahimova da ötən il dünyasını dəyişib.

Xatırladaq ki, 20 Yanvar günü İlham Allahverdiyev Sovet İttifaqının qoşun hissələrinin gülləsini tuş gələrək həyatını itirmişdi. Bundan bir neçə gün sonra onun həyat yoldaşı Fərizə də sirkə turşusu içərək intihar etmişdi.