Türkiyədə bal arıları hücuma keçib, ölü və yaralılar var

Türkiyənin Tunceli vilayətində yerli sakinlər pətəklərindən çıxan arıların hücumuna məruz qalıblar.

“Rubin.az” Qafqazinfo-ya istinadən   xəbər verir ki, bal arılarının hücumu nəticəsində 62 yaşlı Kazım Çadırlı adlı şəxs dünyasını dəyişib, daha 3 nəfər isə yaralanıb.

Yüzlərlə arının bir anda pətəklərindən çıxmasının səbəbi isə bilinmir.

Kənd sakinləri müdaxiləsi nəticəsində arılar çətinliklə nəzarət altına alınıblar.