Lənkəranda təcili eniş edən Bakı-Naxçıvan təyyarəsi yola düşüb – Yenilənib

Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) – Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də ​​təhlükəsiz yerə enib.

“Rubin.az” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.

Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.

***

Bu gün Bakı-Naxçıvan reysi üzrə hərəkət edən, lakin Lənkərana məcburi eniş etmiş təyyarə 17:00-da Lənkəran Hava Limanından Naxçıvan istiqamətinə yola düşüb.