Ağcabədidə oğlu tərəfindən güllələnən kişi xəstəxanada öldü

Ağcabədi rayonunda başından güllələnən şəxs xəstəxanada ölüb.

“Rubin.az”-ın “Trend”ə istinadən məlumatına görə, Ağcabədi rayonunda güllələnən, 1965-ci il təvəllüdlü Tağıyev Mirələm Zalış oğlu Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, sonradan Bakıya, Mirqasımov adına Respublika Kliniki xəstəxanasına köçürülüb.

Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.