Zelenski meşədə mətbuat konfransı keçirdi – Fotolar

Ukrayna Prezidenti Vladimir Zelenski meşədə qapalı mətbuat konfransı keçirib.

“Rubin.az” xəbər verir ki,“Qafqazinfo”nun “112 Ukraina” portalına istinadən verdiyi məlumata  görə, “Zalesye” şəhərətrafı yerində baş tutan görüşdə jurnalistlərdən başqa, Prezident Administrasiyasının əməkdaşları da iştirak edib.

Danışıqların təfərrüatları açıqlanmır.

Jurnalistlər sosial şəbəkə hesablarında görüşdən fotolar paylaşaraq Zelenskinin onlara şaurma qonaqlığı verdiyini qeyd ediblər.