İlkinin statusuna yazdığı şərh 6 minə yaxın “like” aldı – Aparıcıya “Şəmi-Şöşü” şoku

Aparıcı-aktyor İlkin Həsəninin son vaxtların ən məşhur serialı olan “Çernobıl”la bağlı yazdığı status sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, aparıcı statusunda beş həftədir maraqla izlədiyi mini serialın başa çatdığını elan edib:

“Bu da 5 həftədir sevə-sevə, maraqla izlədiyim bir mini serialın sonu. IMDb 9,7 göstərir, bu da o deməkdir ki, serial hal hazırda “Game of Thrones” və “Breaking Bad” kimi ən baxılan layihələrə yuxarıdan aşağı baxır . Serial 33 il əvvəl Ukraynada baş vermiş bəşəriyyətin ən böyük texnogen qəzasından bəhs edir. İmkan edib baxın”.

İ.Həsənin bu paylaşımı Facebook-da 877 nəfər tərəfindən bəyənilib. Lakin statusa Rövşən Qurbanlı adlı izləyicinin yazdığı “Deməli belə seriallara, filmlərə də baxırsız, amma bizə baxmağa Şəmiylə-Şöşü hazırlayırsınız” şərhini 6 mindən çox insan “like” edib. Şərhə 580 istifadəçi şərh yazıb.